Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsində dəyişiklik edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edib.

Trend-in məlumatına görə, bu dəyişikliyə əsasən, Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Müşahidə Şurasının iclası üzvlərinin yarıdan çoxu da iştirak etdikdə səlahiyyətli olacaq.

Bu qərara qədər isə Müşahidə Şurasının iclasının səlahiyyətli olması üçün üzvlərin hamısının iştirak etməsi lazım idi.