2020-ci il yanvarın 1-dən bütün pensiyaçıların təqaüdü əlavə 15% artacaq

Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60%-i deməkdir.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı danışarkən deyib.

S.Babayev bildirib ki, yerdə qalan 40% pensiyaçı da yaddan çıxmayıb. Nazirin sözlərinə görə, 2020-ci ilin yanvarından pensiya artacaq: “Orta aylıq əməkhaqqı artımı ilə bağlı proqnozumuz bu il üçün 15%-dir. Buna uyğun olaraq 2020-ci ilin 1 yanvar tarixindən bütün pensiyaçıların təqaüdü əlavə 15% artacaq”.