ABŞ-ın Türkiyəyə “Patriot” satışı “S-400”ün tədarükünə təsir etməyəcək

ABŞ-ın Türkiyəyə “Patriot” satışını təsdiqləməsi “S-400”ün tədarükünə təsir etməyəcək.

Azunion.org  Türkiyə mediasına istinadən xəbər verir ki, bu  barədə Kremldən bildirilib.

“S-400” zenit-raket kompleksinin Türkiyəyə satışı bütün hallarda başa çatacaq”, – Kremlin məsələ ilə bağlı yaydığı bəyanatda vurğulanıb.

Qeyd edək ki, dekabrın 19-da ABŞ Dövlət Departamenti ümumi dəyəri 3,5 milyard dollar olan müvafiq avadanlıqlı “Patriot” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılmasına razılıq verib.

“S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.

Türkiyə hava hücumundan müdafiə sistemi ilə bağlı ABŞ və NATO-ya dəfələrlə müraciət etmişdi. Onlar Türkiyəyə müvəqqəti olaraq “Patriot” vermiş, bir il sonra isə sistemi ölkədən çıxarmışdılar.