Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev A.A.Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Adil Abdulxalıq oğlu Qəribov “Şöhrət” ordeni ilə təltif edilir.