Aleksandr Lukaşenko Azərbaycan prezidentini təbrik edib

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Azunion.org-un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qardaş Azərbaycanın uğurlu və daimi inkişafı Sizin rəhbərliyinizlə həyata keçirilən güclü, müstəqil dövlət quruculuğu xətti ilə ayrılmaz surətdə bağlıdır.

Dinamik və hərtərəfli əlaqələr, qarşılıqlı anlaşma və ali səviyyədə dialoqun etimada əsaslanması Belarus-Azərbaycan münasibətlərinin fərqləndirici cəhətidir və xalqlarımız arasında dostluq ənənələrini genişləndirir.

Əminəm ki, bu yaxınlarda Sizin Belarusa səfəriniz zamanı əldə edilmiş razılaşmaların gerçəkləşməsi Minsk ilə Bakı arasında davamlı və çoxşaxəli əməkdaşlığın inkişafına, hər iki ölkənin vətəndaşlarının rifahının yüksəldilməsinə sanballı töhfə verəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xoş güzəran və bütün niyyətlərinizin həyata keçməsini arzu edirəm”.