Angela Merkel Qarabağ münaqişəsinin həllindən danışıb

Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri razı salacaq variant tapmaq üçün xeyli vaxt lazım olacaq.

Azunion.org xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Qarşıda uzun yol var. Təkcə bir tərəfi razı salan variant mümkün deyil. Odur ki, ATƏT-in Minsk qrupunun imkanlarından yararlanmaq lazımdır”, – Almaniyanın kansleri vurğulayıb.