Apple yeni qol saatını və noutbukunu təqdim etdi

Korporasiyanın baş direktoru Tim Kuk şirkətin yeni rəqəmsal saatlarını və noutbukunu təqdim edib.

Apple-in Apple Watch qol saatı hazırda bazarda satışda olan analqlarından modellərinin sayı ilə fərqlənir.

Apple Watch-ın alüminium, polad, qızıl korpuslu, müxtəlif rəngli və materialdan hazırlanmış qolbaqlı variantları satışda olacaq.

Bu qol saatı vasitəsilə musiqiyə qulaq asmaq, SMS, poçt, sosial şəbəkələrdəki mesaj və məlumatlara, İnstagam-dakı fotolara və s. baxmaq olar. Habelə, Apple Watch vasitəsilə telefon zənginə cavab vermək və iOS-dakı Siri səsin tanınma sistemindən yararlanmaq mümkündür.

Saatda orqanizmin müxtəlif parametrlərini ölçən, onlardan tibb proqramları və əlavələrdə istifadə edən sistem də var.

Apple Watch aprelin 24-də 14 ölkədə satışa çıxarılacaq.

iOS 8.2 əməliyyat sistemi ilə çalışan Apple Watch 24 saat enerji saxlayır.

Qızıl korpuslu modellər 10 min dollara, 38 mm-lik modellər 550-1050 dollara, 42 mm-lik modellər 600-1100 dollara satılacaq.

Ən ucuz model Apple Watch Sport-dur. Bu qol saatının 38 mm-lik variantı 350 dollara, 42 mm-lik variantı isə 400 dollara satılacaqş

Saatların akkumulyatorunu elektroenerji ilə doldurmaq çətin deyil. Bunun üçün maqnit klipsi saatın arxa tərəfinə yapışdırmaq yetər.

Apple-in yeni noutbuku olan MacBook isə çox nazik və yaxşı alınıb. Ağırlığı 900 qram, qalınlığı 13 millimetr olan noutbukun 12 düymlük Retina displeyi var. Yeni MacBook 9 saatlıq enerji ehtiyatına malikdir.

Bundan başqa, yeni MacBook-da hərəkət edən hissələr olmadığından o, tamamilə səssiz işləyir.

Aprelin 10-da satışa çıxarılacaq Yeni MacBook-un satış qiyməti 1299-1599 dollardır. 256 qeqabaytlıq fləş yaddaşlı, 1,1 qiqaghers tezlikli MacBook 1299 dollara, 512 qeqabaytlıq fləş yaddaşlı və 1,2 qiqaherslik çipə malik model isə 1599 dollara satılacaq.

Model qızılı, boz və tünd boz rəngli variantlara malikdir.

Yeni modelin novasiyalarından biri universal USB-C çıxışıdır. Bu ikitərəfli çıxış ştekeri noutbukka istənilən tərəfdən qoşmağa imkan verir.