AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Bakıya gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Bakıya səfər edəcək.

Azunion. org “report”a istinadən bildirib ki, bu barədə məruzəçi özü məlumat verib.

O bildirib ki, assambleyanın Hüquqi məsələlər və insan hüquqları üzrə komitəsi Azərbaycan üzrə məruzəçinin Bakıya səfərini təsdiqləyib.

Məruzəçi bildirib ki, AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları üzrə komitəsi AŞPA məruzəçisinin səfərinin baş tutması üçün Azərbaycan tərəfinin razılığını alıb. Azərbaycan hökuməti məruzəçinin Azərbaycana gəlib monitorinq aparmasına öz razılığını verib. Yaxın günlərdə səfərin tarixi müəyyən olunacaq.