Azərbaycan iqtisadiyyatının neftdən asılılığını manatın devalvasiyası (“zəhərdən qurtulma dərman”ı kimi) xilas edə bilər.

Neftin qiymətinin dördqat düşməsinə səbəb olmuş növbəti dünya iqtisadi böhranı başlandıqdan sonra, Azərbaycan Respublikası milli valyuta olan manatın dövrü devalvasiyası problemi ilə üzləşdi. Nəzərə alsaq ki, bir sıra beynəlxalq tədqiqat mərkəzləri və nüfuzlu ekspertlər 2016-cı ilin sonu 2017-ci ilin əvvəlində neftin satışında  qiymətlərin yenidən uçurumla qarşılaşacağı proqnozunu versələr də, Azərbaycan manatın məcburi devalvasiyası ilə  yenidən qarşılaşa  bilər. Bununla əlaqədar milli valyutanın qiymətdən düşməsi problemini diqqətlə öyrənmək və müvafiq nəticələr çıxarmaq çox vacibdir. Əgər müəyyən həddə və ağlabatan müddətdə (ildə təqribən 30-50%) milli valyutanın devalvasiyası baş verərsə, bu yerli istehsalçılar üçün həmişə faydalı ola bilər, çünki, bu proses onlara, xarici mallarla müqayisədə, qiymət üstünlüyü yarada bilər. Ona görə də, Azərbaycanda milli valyutanın devalvasiyası prosesinə birmənalı şəkildə mənfi yanaşmaq düzgün deyil. Amma, bu heç də o demək deyil ki, mən – devalvasiya tərəfdarıyam. Əksinə, mənim rəhbərlik etdiyim “İNTER-SEVER” Şirkətlər qrupu (ofis binalarının və ticarət sahələrinin icarəyə verilməsi) elə iqtisadiyyat sahəsində işləyir ki, rusiya valyutası olan rublun devalvasiyayasından hamıdan çox əziyyət çəkir. Nəzərə alsaq ki, biz həm sosial əhəmiyyətli layihələri maliyyələşdirir, həm də cəmiyyətdə sosial cəhətdən zəif müdafiə olunan vətəndaşlara kömək edirik, o zaman bizə devalvasiyadan sonra necə ikiqat ağır olduğu məlum olur. Ona görə də, mən bu məqaləmi doğma Azərbaycanın iqtisadiyyatının inkişafında sosial-iqtisadi bəla olan devalvasiyasıydan istifadə etməyin yollarına və onun mümkünlüyünə həsr edirəm. Bu məqaləni yazmaqla, mən öz kommersiya mənfəətimi deyil, yalnız Azərbaycanın milli maraqlarını nəzərə alıb, bəzi mülahizələrimlə bölüşmək istəyirəm.

Əhalinin böyük əksəriyyəti üçün devalvasiya, əlbəttə ki, birmənalı olaraq, ağır sosial-iqtisadi problemə çevrilir, çünki yerli valyutanın qiymətdən düşməsi nəticəsində demək olar ki, bütün mallar və xidmətlər bahalaşır, əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür. Ölkədə milli valyutanın devalvasiyayası nəticəsində ailə büdcəsi yoxsul olanların vəziyyəti ağırlaşır, əhalinin iqtisadi cəhətdən ən kasıb təbəqələri əziyyət çəkir. Ona görə də, milli valyutanın devalvasiya prosesi vaxtında ciddi nəzarət altına alınmalı,  onun nəticələri idarə edilməlidir ki, dövlətin imicinə və ölkənin istehlak bazarına ciddi zərər dəyməsin. Əks halda, devalvasiyayanın bəhrəsini  milli valyutanın maya dəyərinin aşağı düşməsindən istifadə edərək, məhsullara və xidmət vasitələrinə süni ajiotaj yaratmaqla, böyük pullar əldə etmək istəyən vicdansız istehsalçılar, möhtəkirlər istəklərinə nail ola bilərlər. Devalvasiya nəticəsində insanların bir qismi – pul alverçiləri ciblərini dolduraraq zənginləşir, əksəriyyət isə kasıblaşaraq, cəmiyyətdə sosial bərabərsizliyin və gərginliyin güclənməsinə gətirib çıxarır. Bunun qarşısını almaq üçün elə etmək lazımdır ki, devalvasiya yalnız ölkənin dövlət büdcəsinə və yerli əmtəə istehsalçılarına işləsin. Ona görə ki, dövlət büdcəsinə daxil olan pulların köməyi ilə devalvasiya nəticəsində yaranan əhalinin sosial-iqtisadi problemlərini həll etmək, sosial müavinətləri və ödənişləri, büdcə sahəsində çalışan vətəndaşların əmək haqlarını artırmaqla həll etmək olar. Əgər devalvasiyayadan savadlı və ağılla, yerli istehsalçıların mənafelərinə uyğun şəkildə istifadə edilərsə, bu, öz növbəsində, yerli malların istehsalının genişlənməsinə gətirib çıxara bilər, bu da əlavə iş yerlərinin yaradılması ilə nəticələnər. Yəni bir sosial-iqtisadi bəlanın (devalvasiya) köməyi ilə, digər ictimai və sosial-iqtisadi xarakterli olan bir ciddi problemi – işsizliyi həll etmək olar.

Son iki ildə dünyada neftlə bağlı qiymətlərin  ucuzlaşması nəticəsində qonşu Rusiya ərazisində yaranmış iqtisadi böhran səbəbindən (neft və qaza olan daha yüksək qiymətlər dövründə RF büdcə gəlirlərinin 70% -i enerji daşıyıcılarının ixracı hesabına yaranmışdır) və məlum Ukrayna hadisələri ilə bağlı Rusiya əleyhinə Qərbin yeritdiyi iqtisadi sanksiyalar nəticəsində Rusiya ərazisində işləyən və bizneslə məşğul olan bir çox soydaşlarımız vətənə qayıdaraq, Azərbaycanda olan işsizlərin sayını xeyli artırmışlar. Ona görə də, manatın devalvasiyasının köməyi ilə yerli istehsalı genişləndirmək və son nəticədə yeni iş yerlərinin yaradılmasını, işsizlik probleminin həlli məsələsini stimullaşdırmaq olar.

Bu gün müəyyən hədd çərşivəsində devalvasiyasıyanı idarə etməklə, Azərbaycanın neftdən asılılığını aradan qaldırmaq və iqtisadiyyatın qeyri-neft sektorlarının inkişaf etdirilməsinə komək etmək olar. Biz neft, qaz və neft məhsullarının ixracından əldə olunan böyük gəlirlərin olmadığı şəraitdə yaşamağa öyrəşməliyik. Dünyada neft trendinin texniki təhlili göstərir ki, neftə olan aşağı qiymətlər 10-15 il müddətində qala bilər. Bu o deməkdir ki, bizə iqtisadiyyatın neftdən asılı olmayan digər sahələrini təcili inkişaf etdirmək lazımdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hal-hazırda bu məsələ ilə inadla məşğul olur, respublikanın kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına böyük diqqət ayırır. Axı, kənd təsərrüfatının intensiv inkişafı Azərbaycana ölkəsinə dərhal üç məsələni həll etməyə kömək edəcək:

Birincisi, qısa müddət ərzində kənd yerlərində işsizlik problemi həll oluna bilər. Çünki, məhz kənd təsərrüfatının inkişafı kənd sakinləri üçün yeni və ən əlverişli iş yerləri yaratmağa imkan verir. Kənd təsərrüfatının özü çoxşaxəli bir sahə olduğu üçün,  bir çox digər sahələrin inkişafı və iş yerlərinin açılması qarantını verir.

İkincisi, kənd təsərrüfatının inkişafı kənd təsərrüfatı məhsullarının ixracına şərait yaratmağa imkan verəcək ki, bu da öz növbəsində, xarici valyutanın Azərbaycanın dövlət xəzinəsinə sabit şəkildə daxil olmasını təmin edəcək və manatın məzənnəsininin sabit qalmasına kömək edəcək. Məhz buna görə də, Prezident İlham Əliyev Azərbaycan fermerlərinin uğurlu və məhsuldar işi üçün ən əlverişli şərait yaratmağa çalışır.

Üçüncüsü, kənd təsərrüfatının inkişafı Azərbaycanın ərzaq təminatının təhlükəsizliyini təmin etməyə imkan verəcək ki, bu da indiki müasir dövrdə, dünyanın çox çətin geosiyasi şəraitində, Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda, Yaxın Şərqdə alovlanan müharibə fonunda çox vacibdir. Bu gün ölkədə ərzaq təhlükəsizliyi dövlətin hərbi-siyasi təhlükəsizliyi qədər əhəmiyyətli bir məsələdir.

Dünya bazarında neftə olan yüksək qiymətlər dövründə Azərbaycan üçün öz kənd təsərrüfatını inkişaf etdirmək çətin idi. Ona görə ki, manatın yüksək məzənnəsi Azərbaycanda bir çox malların istehsalını aşağırentabelli edir, bəziləri isə gəlir gətirmədən zərərlə işləyirdi. Buna görə  də, kənd təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan bir çox torpaq sahələri istifadəsiz və boş qalmışdılar.

Manatın uzun müddət yüksək məzənnəsi, sadəcə olaraq, azərbaycanlı fermerlərin təsərrüfatının inkişaf etməsinin qabağını alır, onları tənəzzülə uğradır, böhrana gətirib çıxardaraq, dağılmasına səbəb olurdu. Belə vəziyyət milli valyutaları müntəzəm və rəvanla devalvasiya edən qonşu İran və Türkiyədən ucuz ərzaq mallarının idxalını stimullaşdırırdı. Azərbaycan istehsalçıları üçün problemlər yaradan manatın möhkəm məzənnəsi Azərbaycan maliyyəçilərinin yanlış siyasətinin nəticəsi kimi  deyil, o dövrdə yaranmış iqtisadi şəraitlə bağlı idi: neftin qiyməti yüksək olduğundan dollarlar çay kimi Azərbaycana axırdı; 2 milyon azərbaycanlının yaşadığl, çalışdığı və işlədiyi qonşu Rusiyada və sayı bir milyon nəfərə çatan soydaşlarımızın işlədiyi Avropa ölkələrindən respublikamıza böyük həcmdə “miqrant pulları” axışırdı. Manatın daha da möhkəmlənməsinə yol verməmək üçün, Azərbaycan hökuməti neftdən daxil olan neftdollarlarını yığmağa başlayaraq,  onları Azərbaycan Dövlət Neft Fondunun hesabında topladı. Əks halda, dolların məzənnəsi manata qarşı 0,45-0,5 manata qədər aşağı düşə bilərdi. Bəzi ekspertlərin fikrinə görə, Azərbaycanda yeridilmiş savadlı düzgün siyasət və maliyyə hakimiyyəti tərəfindən vaxtında görülmüş tədbirlər olmasaydı, respublikamızda ABŞ dolları daha da ucuzlaşaraq, hətta 0,20-0,25 manata qədər çata bilərdi, çünki bazar iqtisadiyyatında baş verən bütün hadisələr heç də həmişə məntiqə uyğun gəlmir və çox zaman ciddi mühüm problemlər adi bazar mexanizminin köməyi ilə – tələb və təklif əsasında həll olunur. Dolların təklifi isə o sıxıntılı ağır illərdə çox böyük idi. “Qara qızıl”a olan yüksək qiymətlər dövründə Azərbaycanın il ərzində neftdən əldə etdiyi gəliri orta hesabla 2-3 dəfə respublikanın illik büdcəsini keçirdi. Belə dollar axınına soydaşlarımızın Rusiyadan və Avropa ölkələrindən Azərbaycanda yaşayan öz doğmalarına göndərilən dolları, avro və rublu da artırmaq lazımdır. Əgər respublikaya daxil olan bütün valyuta vəsaitləri milli valyutaya dəyişdirilsəydi, o zaman hər il Azərbaycanda manatla inflyasiya hətta 200-300% -ə çata bilərdi.

Amma bu gün həm dünyada, həm də Azərbaycanda iqtisadi-maliyyə vəziyyəti çox dəyişib, manatın məzənnəsi isə xeyli azalıb. İndi zəif olan manatla nəinki kənd təsərrüfatını inkişaf etdirmək, hətta da iqtisadiyyatın digər sahələrini – maşınqayırma, yüngül və yeyinti sənayesi, əsasən xarici turistlər üçün nəzərdə tutulan turizm və mehmanxana biznesi və s. Bu gün Azərbaycanda ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafı üçün zəif manatı şans kimi istifadə etmək çox vacibdir ki, respublikamızın xarici iqtisadi amillərdən asılılığı azalsın. Əsas məsələ – bu istiqamətdə vaxtında və düzgün addımların atılmasıdır. Onda biz Azərbaycanı ən yaxın illərdə yalnız özünün xammal məhsulları ilə deyil, artıq iqtisadi “pələng” ölkələri arasında rəqabət qabiliyyətli iqtisadiyyata malik, rəqabət qabiliyyətli hazır məhsulu olan bir dövlət kimi görəcəyik. Belə iqtisadiyyat respublikamızda işsizlik problemini birdəfəlik həll edər, manatın məzənnəsini sabit saxlamağa şərait yaradar, ölkəmizi müxtəlif sosial-iqtisadi kataklizmlərdən etibarlı şəkildə qorumaq və müdafiə etmək imkanı verər.

Füzuli Məmməd oğlu Məmmədov

Beynəlxalq İctimai İttifaqlar Birliyi, “Dünya Azərbaycanlıları İttifaqı”nın Prezidenti, Beynəlxalq İctimai fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Əlaqələndirmə şurasının sədri