Azərbaycan prezidenti Nikol Paşinyanla görüşüb

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Azunion.org AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.