Azərbaycan prezidenti xəstəxana açılışında iştirak edib

Yanvarın 14-də Qaradağ rayonu, Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub.

Azunion.org xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mıkayılov və 17 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi, əməkdar həkim Elmira Rəfailova görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, 60 çarpayılıq dördmərtəbəli birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır, tibb ocağının binasının ümumi sahəsi isə 8 min kvadratmetrə yaxındır.