Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü

Füzuli Məmməd oğlu Məmmədov Azərbaycanın igid müdafiəçilərini və soydaşlarımızı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə təbrik edir.

Hörmətli Azərbaycan müdafiəçiləri və əziz soydaşlarımız!

Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”,  Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”, “Avropa Azərbaycan Konqresi” və  şəxsən öz adımdan Azərbaycan xalqının böyük bayramı – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə Sizi ürəkdən və səmimi qəlbdən təbrik edirəm!

Sizlərə möhkəm can sağlığı, bol ruzi-bərəkət, dinc sülh şəraitində  xoşbəxt həyat, xeyirxahlıq və sevgi, həyatın ən gözəl nemətlərini arzulayıram! Qoy uğur həmişə Sizi müşaiyət etsin!

Azərbaycanın Silahlı Qüvvələrinə öz qüdrətini daha da artırmağı, mövqelərini möhkəmləndirməyi, yeni parlaq qələbələr, uğurlu zəfərlər arzulayıram!

Doğma Azərbaycanımıza isə tərəqqi, sabitlik, öz ərazi bütövlüyünün bərpasını, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsini, inkişafında yeni zirvələrin fəth edilməsinə nail olmasını arzulayıram! Qoy qüdrətli müstəqil Azərbaycan dövləti beynəlxalq aləmdə öz zənginliyini artıraraq ildən-ilə möhkəmlənsin,  dünya arenasında siyasi nüfuzunu, siyasi çəkisini daha da artırsın, Azərbaycanın Dövlət Bayrağı isə bütün dövrlərdə dünyanın ən hörmətli və nüfuzlu bayrağı kimi daim dalğalansın!

Qoy düşmənlərimiz Vətənimiz və müstəqil Azərbaycan Dövlətinin Bayrağı qarşısında baş əysinlər!

Azərbaycana böyük iqtisadi dirçəliş, elmi uğurlar, idman və hərb sahəsində yeni qələbələr, siyasətdə böyük nailiyyətlər arzulayıram!

Qüdrətli, güclü, müstəqil, demokratik, azad və çiçəklənən Azərbaycana eşq olsun!

Müqəddəs Vətənimiz Azərbaycanın ərazi bütövlüyününü və təhlükəsizliyini həmişə etibarlı şəkildə qoruyan Azərbaycanın Silahlı Qüvvələrinə  eşq olsun!

Səmimi hörmət və ehtiramla,
Füzuli Məmməd oğlu Məmmədov
“Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti, “Avropa Azərbaycan Konqresi”nin birinci vitse-prezidenti