Azərbaycan şirkəti un məhsullarının çeşidini genişləndirəcək

Şirniyyat və un məhsullarının istehsalı ilə məşğul olan “Oz sut” Azərbaycan şirkəti öz çeşidini və xidmət spektrini genişləndirməyi planlaşdırır.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Oz sut”un restoran, dükan, kafelər şəbəkəsi var və xidmət sektorunda xidmətlərin artırılması niyyətindədir:

“Xidmət sektoruna gəldikdə, verilən sifarişləri ünvanlara çatdırılmasını planlaşdırırıq. Bundan əlavə, biz çörək məhsulları və şirniyyat çeşidini genişləndirəcəyik. İlin sonuna qədər istehsal həcmlərinin 10-15 faizədək artmasını planlaşdırırıq”.

Onlar şirkətin Türkiyə “Oz sut”un bir filialı olduğunu qeyd ediblər. Şirkətin məhsulları daxili bazarda satılır və ixrac üçün nəzərdə tutulmur.

Şirkət 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərir.