Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası təsis olunub

“Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.

Trend-in məlumatına görə, assosiasiya taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə yaradılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, ölkədə 30-a yaxın assosiasiya fəaliyyət göstərir və nazirlik taxılçılıq sahəsində fəaliyyət göstərənləri dəstəkləyir:

“Bu gün ölkədə 50-ə yaxın iri fermer təsərrüfatları yaradılıb. 24 iri təsərrüfata 162 milyon manat güzəştli kredit verilib”.

Assosiasiyanın, həmçinin nizamnaməsi də qəbul edilib.