Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyana cavab verdi

Paşinyanın məntiqini anlamaq çətindir.

Azunion.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” kimi bəyanatını şərh edərkən bildirilib.

“Cənab Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrində, eləcə də münaqişənin həlli ilə bağlı, demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə, sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”, – məlumatda qeyd olunub.