Azərbaycana avtomobil idxalı artıb

2019-cu ilin yanvar-may aylarında Azərbaycana 15 585 avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən də çoxdur.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Bu ilin ilk beş ayı ərzində 14 170 minik maşını idaxl edilib. Bu rəqəm 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,2 dəfə çoxdur. İdxal olunan 10 və daha çox sərnişin daşıyan nəqliyyat vasitələrinin sayı 70-ə bərabər olub. Bundan başqa, 1274 yük maşını (71,5 faiz artım), 71 xüsusi təyinatlı nəqliyyat vasitəsi idxal olunub.