Azərbaycanda 1376 kilometr avtomobil yolu istifadəyə verilib

2019-cu ilin yekunlarına əsasən Azərbaycanda 1376 kilometrədək avtomobil yolu təmir edilib və istifadəyə verilib.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, yolların genişlənməsi və magistralların yaradılması yük avtomobillərinin sürət həddini 80 kilometr/saata, minik maşınlarının isə 90-110 kilometr/saatadək artırmağa imkan verib.

S.Məmmədovun sözlərinə görə, yüksək keyfiyyətli və təhlükəsiz yollar Azərbaycanın iqtisadi inkişafı və ictimai rifahının vacib amilidir.