Azərbaycanda 7 ayda 33 mindən çox insan dünyasını dəyişib

2019-cu ilin 7 ayında Azərbaycanda 33 647 ölüm halı qeydə alınıb.

Trend-in məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 5,8-ə düşüb.

Cari ilin yanvar-iyul ayları ərzində isə Azərbaycanda 79 861 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb.

Ümumilikdə ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il avqust ayının 1-i vəziyyətinə 10027874 nəfərə çatıb.