Azərbaycanda avtomobil zavodu istehsalı 3 dəfə artıracaq

2019-cu ildə “Khazar” avtomobillərinin istehsalının artırılması gözlənilir.

Bu barədə Trend-ə “Azərmaş” ASC-dən bildiriblər.

Məlumata əsasən, müəssisədə “Peugeot 206” və “Peugeot 207” modellərinin istehsalını təşkil etmək planlaşdırılır.

İxraca gəldikdə isə qeyd olunub ki, hazırda Ukrayna və Rusiya ilə danışıqlar aparılır, prosesin yaxın aylarda təşkil olunacağı gözlənilir.