Azərbaycanda markalanmalı olan məhsulların ilkin siyahısı açıqlanıb

Bu ilin sonunadək Azərbaycanda markalanmalı olan məhsulların siyahısının təsdiq edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, siyahı artıq Nazirlər Kabinetinə təqdim edilib:

“İlkin siyahıya aksizə düşən mallar – spirtli içkilər, energetik içkilər, dərman preparatları, su və digər məhsullar daxil ediləcək. Bu, uzun və qəliz prosesdir. Vaxt keçdikcə siyahı genişləndiriləcək”.

Nazir müavini əlavə edib ki, hazırda siyahı razılaşdırılma prosesindədir:

“Markalama gömrük məntəqələrindən keçirilmiş malların ölkə ərazisində hərəkətini izləməyə imkan verəcək”.