Azərbaycanda sahibkarlar üçün treninqlərin genişləndirilməsi lazımdır

Azərbaycanda sahibkarlığın inkişafı üçün ilk növbədə regionlarda treninq proqramlarını genişləndirmək lazımdır.

Trend-in məlumatına görə, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov innovativ sahibkarlığın inkişafına həsr olunmuş tədbir zamanı deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda dayanıqlı biznes modeli yaradılır, sahibkarlıq sahəsində innovativ texnologiyaların tətbiqi üzrə mexanizmlər hazırlanır:

“Azərbaycanda bu gün əlverişli biznes mühiti formalaşdırılır, kənd təsərrüfatı sahəsində layihələr reallaşdırılır, bu sahədə startap şəbəkəsi genişləndirilir. Bütün bu innovativ yanaşmalar özəl sektorun potensialının güclənməsinə kömək edir, rəqabətqabiliyyətli mühit yaradır”.