Azərbaycanda tikinti materiallarının istehsalı artıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi məbləği 240,1 milyon manat təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Hesabata əsasən, asfalt istehsalı 2,2 dəfə, tikinti blokların və sementdən, süni daşdan və betondan kərpic istehsalı 73,7 faiz, tikinti kərpicinin istehsalı 69,8 faiz artıb.

Eyni zamanda tikinti gipsinin istehsalı 61,8 faiz, beton tikinti konstruksiyalarının istehsalı 52,5 faiz azalıb.