Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır

Azərbaycanda kənd təsərrfatı sahəsində bir sıra mallar və məhsullar vergi ödəməkdən azad edilir.

Trend-in məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Hazırda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşın, avadanlıq və texnikaların idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.

Məcəlləyə təklif edilən yeni əlavəyə görə, kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğularla yanaşı, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışına görə ƏDV tutulmayacaq.