Azərbaycanda xəbər agentliyinin rəhbərinə cinayət işi açıldı

Azərbaycanda xəbər agentliyinin rəhbərinə cinayət işi açılıb.

Azunion.org-unməlumatına görə, “Qafqaz” Xəbər Agentliyinin rəhbəri Mahmud Tağıyev barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci( hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” Məhdud Məsuliyyətli Cəmiyyətə rəhbərlik edən Xaliq Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Bədəlov və  daha iki nəfər tanınıb.

Agentlik rəhbəri barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi üzrə toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.