Azərbaycanda yerli taxılın tədarükü artırılır

Azərbaycanda yerli taxılın tədarükü artırılır.

Bunu Trend-ə Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri, “Karat Holding” MMC-nin rəhbəri Taleh Qasımov deyib.

Onun sözlərinə görə, Beyləqan və Samuxdan gətirilən taxıl yüksək keyfiyyəti ilə fərqlənir:

“Yerli taxıl əsasən dördüncü sinfə aiddir, amma yeni toxum sortları daha keyfiyyətlidir. Beyləqan və Samuxdan daha keyfiyyətli buğda gətirilir, ona görə də biz yerli taxılın tədarükünü artırırıq”.