Azərbaycanın neft-qaz sektoruna yatırılan investisiyalar açıqlanıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4,8 milyard manat investisiya yatırılıb, bu isə 2018-ci ilin analoji dövrü (5,3 milyard manat) ilə müqayisədə 10,41 faiz daha azdır.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ən çox investisiya sentyabr ayında qeydə alınıb – 537,9 milyon manat, ən az isə fevralda – 358,9 milyon manat.

Neft-qaz sektorunun əsas kapitalına yönəldilən vəsaitlərin müqayisə cədvəli:

Yanvar-Noyabr 2019 il

milyon manat

Yanvar-Noyabr 2018 il

milyon manat

Yanvar 362,0 597,6
Fevral 358,9 410,9
Mart 373,9 404,5
Aprel 422,4 465,5
May 399,5 475,2
İyun 442,2 473
İyul 418,5 499,7
Avqust 484,1 646,2
Sentyabr 537,9 458,8
Oktyabr 471,5 498
Noyabr 529,6 403,8

Qeyd edək ki, 2018-ci ildə neft və qaz sektoruna demək olar ki, 6 milyard manat investisiya yatırılıb.