Azərbaycanla Fransa arasında ətraf mühitin mühafizəsi ilə bağlı əməkdaşlıq müzakirə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Fransanın Azərbaycanda yeni təyin olunmuş səfiri Zakari Qros ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə olunub.