Azərbaycan Prezidenti Qələbə günü münasibətilə Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək hərbi paradda və bayram tədbirlərində iştirak edəcək. Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov AZƏRTAC-a məlumat verib.

Azər Qasımov deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı hələ bir neçə ay bundan əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən dəvət alıb və həmin vaxt Rusiya tərəfinə rəsmi olaraq bildirilib ki, Prezident İlham Əliyev cari il mayın 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunan hərbi paradda və bayram tədbirlərində iştirak edəcək”.