Azərbaycan gimnastı Bakıda keçirilən açıq çempionatda qızıl medallarının sayını 5-ə çatdırıb

Azərbaycan gimnastı Oleq Stepko martın 4-6-da Bakıda Milli Gimnastika Arenasında keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında ikinci qızıl medalını qazanıb.

Trend xəbər verir ki, idman gimastikası üzrə yarışlarda Stepko 14,933 bal toplayıb. Gümüş medalı daha bir azərbaycanlı 14,833 bal toplamış Pyotr Paxnyuk qazanıb. Bürünc medalı isə Xorvatiya təmsilçisi Filip Ude əldə edib (14,700 bal).

Azərbaycan üçün daha bir qızıl medalı təkanla tullanmada ən yaxşı nəticə göstərmiş gimnast Mariya Smirnova qazanıb. İki cəhdin cəmində Smirnova 13,266 bal toplayıb. İkinci yeri türkiyəli Demet Mutlu (13,050), üçüncü yeri isə norveçli Martin Skregelid (11,666) tutub.

Yarışların birinci gününün yekunlarına görə, Oleq Stepko idman gimnastikasında çöxnövçülükdə qızıl medal qazanıb, Pyotr Paxnyuk isə ikinci yeri tutub.

XXX

Azərbaycan gimnastı Oleq Stepko cümə günü Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında üçüncü qızıl medalını qazandı.

Trend-in məlumatına görə, idman gimnastikası üzrə halqalarla yarışlarda Stepko 14, 466 bal yoplayıb. Azərbaycan təmsilçisi Pyotr Paxnyuk 14,200 bal toplamaqla öz üçüncü gümüş medalını əldə edib. İsrailli Eyal Qleyzer 14,433 bal toplayaraq bürünc medalın sahibi olub.

Bundan əlavə, azərbaycanlı gimnast Kristina Pravdina qeyri-bərabər bruslarda 13,266 bal toplamaqla ikinci qızıl medal qazanıb. ikinci yeri türk Tutya Yılmaz (12,966 bal) tutub. Bürünc medalı isə daha bir Türkiyə təmsilçisi Demet Mutlu 12,366 bal toplayaraq qazanıb. Azərbaycanlı gimnast Mariya Smirnova (11,166 bal) isə dördüncü yerdə qərarlaşıb.

XXX

Azərbaycan gimnastı Oleq Stepko martın 4-6-da Bakıda Milli Gimnastika Arenasında keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında beşqat çempion olub.

Stepko dördüncü qızıl medalını tirlər üzərində hərəkətlərdə 15,366 baş toplayaraq qazanıb. Azərbaycanın digər təmsilçisi Pyotr Paxnyuk isə bu yarışda 15,266 bal toplayaraq dördüncü gümüş medalını əldə edib. Üçüncü yeri türkiyəli Əhməd Öndər tutub (14,800 bal).

Stepko daha sonra turnirdə paralel tirlər üzərində hərəkətlərdə beşinci qızıl medal qazanıb. İkinci yeri norveçli Stian Skyerahauq, üçüncü yeri isə rumın İoan Nistor tutub.