Bədavi Hüseynov da sıradan çıxdı

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.

Trend AFFA-ya istinadən məlumat verir ki, Bədavi Hüseynov (“Qarabağ”) zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.

Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Xatırladaq ki, daha öncə “İnter” komandasının üzvü Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olmuşdu.