“Babək” filmi “Беларусь 3” kanalında nümayiş etdirilib

“Babək” filmi “Беларусь 3” kanalında nümayiş etdirilib.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən iki gün ardıcıl olaraq “Babək” filmi Belarusun ən çox izlənilən “Беларусь 3” kanalında (rus dilində) nümayiş etdirilib.

Qeyd edək ki, hər il Belarusun müxtəlif qəzet və jurnallarında Azərbaycan haqqında 20-25 məqalə dərc olunur, telekanallarında isə il ərzində 50-52 saat efir alınır.