Bakıda Baku Food Fest-in yubiley sezonu baş tutacaq!

Günəşli paytaxtımızda daha bir, beşinci və yubiley parlaq yemək bayramı baş tutacaq – Baku Food Fest. Bu dəfə tədbir 24 gün davam edəcək, 13 İyun – 7 iyul tarixlərində, bakılıların ən sevdiyi məkanlarından biri – Sahil Bağında təşkil olunacaq.

Trend-in məlumatına görə, Fstival hər zamanki kimi, yemək və içkilərin müxtəlifliyindən əlavə, həmdə maraqlı əyləncəvi proqram ilə gələn qonaqları sevindirəcək. Bu dəfə, Festivalın əsas partnyorlarından biri Soliton təqdim edəcək açıq mətbəxində hər gün Bakının tanınmış simalarını sizlərlə görüşdürəcək, və onlara qulaq asmaqdan əlavə, sevdikləri yeməklərin hazırlanması prosesini izləmək imkanını yaradacaq.

Bundan əlavə, Festivalda ilk dəfə EURO 2020 layihəsinin təqdimatı baş tutacaq, və Baku Food Fest ərazisində futbol simulyasiyalı unikal stend, tədbirə biletlərin satışı haqqında nöqtələr yerləşdirələcək.

Həmçinin, Moskvanın ən tanınmış restoran şəbəkəsi olan Novikov Group Baku Food Fest-də ilk dəfə 2 unikal stendi Caspar cafe və Syrovarnya ilk dəfə təqdim edəcək. Bu qeryri-adi foto stendlərdə yadda qalan şəkillər etməkdən əlavə, “dadlı” prizləri qazanmaq imkanını da yaradacaq!

Hər zaman olduğu kimi, gələn qonaqları rəngarəng musiqili proqram, və qızmar şəhərin daxilində əsl çimərlik əhval-ruhiyyəsi hiss olunacaq! Tədbirin təşkilatçısı Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Reklam Agentliyi, ASAN Radio və Soliton, Danone, Procter & Gamble, Berg, Azersun və Novikov Group kimi müstəqil brendlərin dəstəyi ilə, Meal for Real şirkətidir.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az