Bakıda italyan pianoçunun konserti keçirilib

Sentyabrın 22-də ilk dəfə olaraq Beynəlxalq Muğam Mərkəzində italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyevin solo konserti keçirildi.

Trend-in məlumatına görə, XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsertdən əvvəl əslən Azərbaycanlı olan italiyalı pianoçu təəssüratlarını bölüşdü.

Bildirdi ki, Azərbaycanın milli muğam sənətinin simvolu olan səhnədə çıxış etməyim də mənim üçün bir hadisədir. Çox gözəl səhnədir. Binanın arxitekturası çox gözəl təəssürat yaradır.

Daha sonra əslən Azərbaycanlı olan italıyalı pianoçu festivalın növbəti, səbirsizliklə gözlənilən konsert proqramını təqdim etdi. Konsertdə Mədəniyyət naziri Əbülfəs Qarayev və musiqi ictimaiyyətinin nümayəndələri iştirak edirdi. İfaçının proqramına Bethoven, Ferens List, Sergey Prokofyev kimi klassik bəstəkarların əsərləri daxil edilmişdi. Bir çoxları üçün əslən serbiyalı kimi tanınan Aleksandr Hacıyevin doğma vətənində ilk çıxışı həm pianoçu, həm də tamaşaçılar üçün yaddaqlan oldu.