Bakıda NATO-nun Baş komandanı ilə Rusiyanın Baş Qərargah rəisi görüşəcək

Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilək. 

Azunion.org Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev dekabrın 11-də Bakıda qəbul etdiyi Körtis Skaparrottiyə məlumat verib.

O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlət başçısına minnətdarlığını bildirib.

Körtis Skaparrotti Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb