Belarusda şagird müəlliməsini və məktəblini öldürdü

Belarusun Minsk vilayətinin Stolbtsı şəhərində orta məktəb şagirdi müəlliməsi və 3 məktəblini bıçaqlayıb. Müəllimə və şagirdlərdən biri aldığı yaradan ölüb.

Azunion.org Belarus mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yaralı 2 şagird xəstəxanaya yerləşdirilib.

Şübhəli şəxs – 2003-cü il təvəllüdlü yeniyetmə hadisə yerindən qaçıb. Vilayətin altı rayonunda “Sirena” planının elan edilməsindən sonra onu saxlayıblar.