Beynəlxalq Əlillər Gününə həsr olunmuş satış sərgisi keçirilir

Noyabrın 30-da “Park Bulvar”da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi keçirilib.

KOBİA-dan Trend-ə verilən məlumata görə, 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş sərginin məqsədi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərməkdir.

Sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş olunur.

Sərgi dekabrın 1-dək davam edəcəkdir.