Beynəlxalq ictimai birliklər ittifaqı ‘’Dünya Azərbaycanlıları İttifaqı’’ Böyük Vətən müharibəsinin veteranlarını təbrik edir

Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı”, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” və Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın Gənclər Təşkilatı bütün Veteranları Böyük Vətən müharibəsində Qələbənin 70 illik bayramı münasibətilə təbrik edir!

Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı’’ nın Sədri Fizuli Məmmədovun Böyük Vətən müharibəsi veteranlarına və əmək qəhrəmanlarına Böyük Vətən müharibəsində qələbənin 70 illiyi  ilə əlaqədar müraciəti

BVM nin əziz veteranları və əmək qəhrəmanları!

Öz adımdan və Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” adından Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə sizləri ürəkdən təbrik edirəm. Sizə və bütün yaxınlarınıza, əzizlərinizə möhkəm can sağlığı, uzun illər firavan və xoşbəxt həyat, xeyirxahlıq və məhəbbət, maddi və mənəvi rifah, ilk növbədə isə ailələrinizdə səadət arzu edirəm! Qoy həyatınızın hər günü sizə əsl bayram əhvalı və atmosferi bəxş etsin!

9 may – Qələbə günü bizim hər birimiz üçün ən mənalı, təntənəli və əziz bayramdır. Milli birlik, hərbi şərəf və ləyaqət rəmzi olan bu Böyük Qələbə ölkəmizin qəhrəmanlıq salnaməsinə əbədi həkk olunmuşdur. Bu xatirə günündə bir daha sizə böyük minnətdarlıq etmək istəyirəm və özünüzə heyfiniz gəlmədən, həyatınınızı riskə ataraq, Vətənimizi qoruduğunuza və faşistlər tərəfindən parçalanmasına yol vermədiyinizə görə qarşınızda baş əyirəm. Məhz sizin mərdliyiniz və şücaətiniz bizim bu günkü firavan həyatımızı təmin etdi. Böyük Vətən müharibəsində əldə etdiyiniz Böyük Qələbəyə görə biz sizlərə borcluyuq. Buna görə də BVM veteranlarını diqqət və qayğı ilə yad etmək bizim müqəddəs vətəndaşlıq borcumuzdur. Sizin qəhrəmanlığınız olmasa idi ölkəmizin tarixi tamamilə başqa cür inkişaf edə bilərdi və bilmək olmazdı ki, hansı faciəvi sonluqla bitəcək. Yalnız ən qorxmaz qəhrəmanlar belə şanlı Böyük Qələbəni qazana bilərdilər, və biz bu gün həmin qələbənin 70 illiyini sizinlə qeyd edirik. Siz bizim şanlı canlı tariximizsiniz, siz bütün keçmiş SSRİ xalqlarının və bütün sülhsevər bəşəriyyətin qürurusunuz.

Siz öz həyatınızın ən yaxşı və enerjili illərini vətənin müdafiəsinə və bəşəriyyət tarixinin ən qorxunc, dağıdıcı və ölümcül müharibəsində Böyük Qələbə uğrunda qurban verdiniz, özünüzü düşünmədən Vətənimizi – Sovet İttifaqını qorudunuz. Hətta SSRİ nin süqutundan sonra Qələbə günü kimi 9 May əksər MDB respublikalarında əsas bayramlardan biri kimi qalmaqdadır. Qələbə Gününün bayram edilməsi bütün keçmiş sovet respublikalarının sakinlərini birləşdirir. müstəqil dövlətlərimiz arasında olan dövlət sərhədlərini müvəqqəti də olsa unutmağa məcbur edir.

Məhz böyük sovet xalqının birliyi və bərabərliyi, sizin şücəatiniz və Böyük Vətənimizə sədaqətiniz SSRİ nin BVM də qələbəsində əsas zəmanət oldu. Bu keyfiyyətlərə görə çoxmillətli sovet xalqı nəinki öz Vətənlərinin şərəfini və müstəqilliyini qoruya bildilər, həm də Avropa xalqlarının faşizm bəlasından və köləlikdən xilas edə bildilər. Sizin qəhrəmanlığınız alman işğalçılarını geri oturtmağa və öz yuvalarında – faşist Almaniyasında tamamilə məhv etməyə imkan verdi.

İkinci dünya müharibəsinin müqəddəratını həll edən Böyük Vətən müharibəsi çox böyük itkilərlə tarixdə qaldı: 27 milyona yaxın insan həlak oldu, on milyonlarla sovet insanı yaralandı və bu faciəli müharibə hər bir sovet ailəsinə toxundu,  ölkəmizin bir çox şəhərləri və kəndləri tamamilə dağıldı. Buna görə də BVM bizim hamımız üçün ən faciəvi və kədərli hadisələrdən biridir, 9 May Qələbə Günü isə bütün keçmiş SSRi xalqları üçün mərdlik, şücaət, hərbi şöhrət və milli qürur günüdür.

Dünya arenasında son illər baş verən dəyişikliklərə və bəzi qərb ölkələrininin münasibətindəki fərqliləşməyə, həmçinin Qərbin bəzi siyasi dairələrinin İkinci dünya müharibəsinin tarixini öz xeyirlərinə yazmaq cəhdlərinə baxmayaraq, Hitler Almaniyası üzərində qələbə məhz sovet xalqının xidmətidir. Heç bir dünya miqyaslı geosiyasi dəyişiklik bu faciəvi hadisənin əhəmiyyətini və mahiyyətini dəyişə və Hitler Almaniyasının dağılmasında sovet xalqının həlledici rolunu azalda bilməz. Biz və gələcək nəsillərimiz üçün 9 May həmişə ən sevimli və müqəddəs bayram, eyni zamanda ən qiymətli, faciəvi və hüznlü tarix kimi qalacaqdır. Çünki, 9 Мay sadəcə adi şənlik üçün Qələbə günü deyil, həm də qürur və xatirə günüdür. Biz – sizin övladlarınız heç zaman unutmayacağıq ki, bu Böyük Qələbə bizim millətə, atalarımıza və babalarımıza nəyin bahasına başa gəlib. Bizim üçün ölkəmizi öz həyatları bahasına faşist işğalçılarından azad edən atalarımızına və babalarımızın xatirəsi çox əzizdir. Atalarımızın və babalarımızın ötən əsrin 40 ci illərində göstərdikləri şücaət xatirələrimizdə, qəlbimizdə yanır və daim yanacaqdır. Biz nəsildən nəsilə onların müqəddəs şücaəti haqqında danışırıq, bizə Böyük Qələbəni hədiyyə etmiş böyük əcdadlarımızın xatirəsini yad edirik.

Bir daha bizim xoşbəxt və firavan həyatımız üçün sizə dərin təşəkkür edirik! Sağolun ki, ölkəmizi qoruyub saxladınız! Mərdliyinizə və cəsarətinizə görə minnətdarıq!

Gözəl və möhtəşəm bayramınız  – BVM də Qələbə Gününüz mübarək!

Hörmətlə,

Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın Sədri

Fizuli Məmmədov

* * * 

BVM nin hörmətli veteranları!

Quruda, dənizdə və havada sovet ordusunun döyüşlərində iştirak edənlər, partizan dəstələrində döyüşənlər, arxa cəbhədə müdafiə zavodlarında son gücünü sərf edənlər, yuxu və istirahət bilmədən hospital və xəstəxənalarda işləyənlər, ordunu qida, geyim və sursatla təmin edənlər,  faşist düşərgələrində əzab çəkənlər, blokadada sağ qalanlar və uzun müddət ərzində Qələbəmizi yaxınlaşdıranlar!

Hamınızın qarşınızda baş əyirik və hal-hazırkı bütün nəsillər adından sonsuz təşəkkür edirik. Öz həyatınızla, şücaətinizlə bizi, ümumi vətənimizi məhv olmaqdan və kölə olmaqdan xilas etdiniz. Bütün həlak olanları hörmətlə yad edirik və sağ qalanlara eşq olsun deyirik. Sizin gələcək nəsliniz sizi hər zaman yad edəcək və xatırlayacaqdır. Siz bizim üçün dözümülülük, mərdlik, cəsarət, əyilməz iradə və vətənə təmənnasız məhəbbət nümunəsisiniz.

Tarix elə gətirib ki, biz indi ayrı-ayrı müstəqil dövlətlərdə yaşayırıq, lakin, Böyük Qələbənin idealları hər zaman bizim birliyimizi, ümumi əvəzsiz dəyərlərimizi – azadlıq və müstəqiliyimizi  möhkəmləndirəcəkdir. Tarixi yenidən yazmaq alınmayacaq!

Sizin hamınızı böyük bayram – BVM də Qələbənin 70 illiyi münasibətilə təbrik edirik! Hər kəsə can sağlığı, uzun ömür arzu edirik, bizə bəxş etdiyiniz həyata görə minnətdarıq!

Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı”

* * *

“Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun  Böyük Vətən müharibəsi veteranlarına və əmək qəhrəmanlarına Böyük Vətən müharibəsində qələbənin 70 illiyi  ilə əlaqədar müraciəti

Əziz Böyük Vətən müharibəsi veteranları və əmək qəhrəmanları!

“Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondu adından ən təntənəli və şərəfli bayram – Böyük Vətən müharibəsində Qələbə günü münasibətilə səmimi təbriklərimizi və ən xoş arzularımızı qəbul edin.  Fondumuz səmimi qəlbdən sizlərə xoş günlər, möhkəm can sağlığı, uzunmüddətli firavan və xoşbəxt həyat, xeyirxahlıq və məhəbbət arzulayır! Qoy evlərinizdə hər zaman bayram, bahar əhval-ruhiyyəsi olsun!

Siz bizlərə ən gözəl və hörmətli bayramı – Qələbə gününü hədiyyə etmisiniz. Bizim hər birimiz üçün 9 May ən mənalı, təntənəli və əziz bayramdır. Bu gün bütün keçmiş sovet respublikaları üçün milli birlik, hərbi şərəf və cəsarət rəmzidir. Ölkəmizin tarixinin ən şərəfli səhifələri sizin şücaətinizlə və zəhmətkeşliyinizlə yazılıb. Bizim fondumuz sizlərə təşəkkür edir və Böyük Vətən müharibəsində göstərdiyiniz qəhrəmanlığa görə qarşınızda baş əyir. Vətən qarşısında böyük xidmətlərinizi yüksək qiymətləndiririk. Çox sağolun ki, özünüzü düşünmədən ölkəmizi qanlı faşizmin pəncəsindən xilas etmisiniz. Siz öz mərdliyiniz və şücaətinizlə dünyanı bəladan xilas etdiniz və sizin qəhrəmanlığınız sayəsində Avropa faşist zülmündən azad oldu.

Böyük Vətən müharibəsində əldə etdiyiniz Böyük Qələbə dünyanın hərbi şöhrət tarixində ən parlaq səhifələrdən biridir. Sizin əfsanəvi qəhrəmanlığınız bu gün 70 illiyini sizinlə bərabər qeyd etdiyimiz Böyük Qələbəni qazanmağa imkan yaratdı. Hətta SSRİ nin süqutundan sonra Qələbə günü kimi 9 May əksər keçmiş sovet respublikalarında əsas bayramlardan biri kimi qalmaqdadır. Bu bayram keçmiş SSRİ nin bütün xalqlarını birləşdirir. Məhz böyük sovet xalqının bütövlüyü və birliyi SSRİ yə faşist Almaniyası üzərində möhtəşəm qələbə çalmağa imkan verdi.

İkinci dünya müharibəsi, bizim ölkəmiz üçün Böyük Vətən müharibəsinə çevrildi, bəşəriyyət tarixinin ən faciəli səhifələrindən biri oldu və heç bir sovet ailəsindən yan keçmədi. Bizim keçmiş vahid vətənimiz  – SSRİ ən çox itki verən ölkə oldu: 27 milyona yaxın insan həlak oldu, on milyonlarla insan yaralandı, ölkəmizin bir çox şəhərləri və kəndləri tamamilə dağıldı. Lakin, sizin qəhrəmanlığınız SSRİ yə İkinci dünya müharibəsinin müqəddəratını həll etməyə imkan yaratdı. Cəbhəyə yollananlar döyüş meydanlarında ölkəmizi müdafiə etdi, evdə – arxa cəbhədə qalanlar isə öz gərgin əməkləri və nəcib əməlləri ilə Hitler Almaniyası ilə ölüm-dirim savaşında qələbəni daha da yaxınlaşdırdılar. Buna görə də BVM də Qələbə Günü kimi qeyd etdiyimiz 9 May, bizim hamımız üçün ədalətin, mərdliyin, hərbin və şücaətli zəhmətin zəfəri, hərbi qəhrəmanlıq və milli qürur günüdür. Bu gün bizim üçün və gələcək nəsillər üçün ən sevimli və müqəddəs bayram olaraq qalacaqdır. Biz heç zaman unutmayacağıq ki, bu Böyük Qələbə bizim millətimizə, atalarımıza və babarımıza nəyin bahasına başa gəlib.

Əziz veteranlar! Hamınızın qarşınızda baş əyirik və bizə hədiyyə etdiyiniz Böyük Qələbəyə görə sonsuz təşəkkür edirik.

Hörmətlə,

“Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Koordinasiya Şurasının sədri Fizuli Məmmədov

* * *

Əziz Veteranlar, sevimli babalarımız və nənələrimiz!

Qələbə Günü – 1941-1945 ci illər Böyük Vətən müharibəsində Sovet ordusunun və Sovet xalqının nasist Almaniyası üzərində qələbə bayramıdır.

Qələbə Günü – elə bir mühüm tarixi bayramdır ki, o yalnız Rusiya xalqlarını yox, həm də keçmiş SSRİ respublikalarının xalqlarını birləşdirir.

Böyük xalq Qələbəsi günü  – illərlə sönməyən və bizim hamımızın həmrəy olduğumuz və əzizlərimizin o uzaq şücaəti üçün qürurlandığımız bayramdır!

Bu bayram ona görə böyükdür ki, sovet xalqı öz vətənlərini faşist işğalçılarından xilas etmək üçün qəhrəmanlıq möcüzəsi göstərdilər.

«Heç kim və heç nə unudulmur». Biz bir anlıq da olsa Böyük Vətən müharibəsinin dəhşətli illərində başımızın üzərindəki açıq səma üçün ağır bədəl ödəyən atalarımızın, babalarımızın, ulu babalarımızın o böyük şücaətini unutmamalıyıq.

Sizin qarşınızda baş əyirik, bizim əziz veteranlar! Sizin xidmətləriniz dünyada yaşayan hər kəsin yaddaşında daim yaşayacaqdır, ona görə ki, sizin qəhrəmanlığınızın mahiyyəti hər il daha da artır və daha da əhəmiyyət kəsb edir.

Bu gün bizim yanımızda olmayan, lakin mərdliklə vuruşan və Vətən və Azadlıq uğrunda canlarını verən şəxslərin xatirəsi qarşısında baş əyirik!

Böyük Vətən müharibəsinin bütün veteranlarına və o uzun, məşəqqətli günlərin şahidlərinə möhkəm can sağlığı, uzun ömür və səadət arzu edirik!

Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə sizin hamınızı təbrik edirik!

Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın Gənclər Təşkilatı