Birinci vitse-prezident Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib.

Trend-in məlumatına görə, təbriklə bağlı edilən paylaşımda deyilir:

“İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı – qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!