Biz türk xalqı ilə birlikdə kədərlənirik!

Onlarla insanın ölümünə səbəb olmuş İstanbulda baş verən dünənki terror aktı ilə bağlı qardaş Türkiyə xalqına və hökumətinə səmimi başsağlığımızı bildirirəm.

Bizim hörmətli türk bacı və qardaşlarımız!

Dünən axşamdan bəri bütün Azərbaycan xalqı, o cümlədən, dünya üzrə çoxmilyonlu Azərbaycan diasporası qardaş Türkiyədən gələn həyəcanlı xəbərlərləri diqqətlə izləyir. Şənbə günü axşam tərəfi İstanbulun mərkəzində baş vermiş iki partlayış bizləri çox kədərləndirdi.

Birinci partlayış Beşiktaş rayonunda Vodafone Arena stadionunun yaxınlığında “Beşiktaş” və “Bursaspor” komandaları arasında keçirilən matçdan sonra baş vermişdir. İkinci bomba isə Мачка şəhər parkında işə salınmışdır. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun sözlərinə görə, bazar günü səhərə olan məlumata əsasən, bu iki partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə, xəsarət alanların sayı 166 nəfərə çatmışdır.

Türkiyə hökuməti hesab edir ki, терактın törədilməsində ölkədə qadağan edilmiş Kürd İşçi Partiyasının (PKK) əli vardır. Terror hadisəsinin araşdırılması nəticəsində artıq 13 nəfər saxlanılıb. Hücum obyekti polislərin olduğu avtobusdan başlanıb. Əvvəlcə avtomobildə qoyulmuş bomba partladılıb, 45 saniyədən sonra isə terrorçu-kamikadze özünü partladıb. Türkiyənin Baş naziri Binəli Yıldırımın sərəncamına əsasən, onlarla insanın ölümünə səbəb olmuş İstanbuldakı terror aktı ilə bağlı ölkədə milli matəm günü elan olunub. Ölkə ərazisində Türkiyənin bütün dövlət bayraqları gün ərzində həlak olanların xatirəsinə matəm əlaməti olaraq endiriləcək.

Biz Türkiyədə baş vermiş bu dəhşətli terror aktı ilə bağlı hiddətlənir, bütün terror aktlarını kəskin pisləyir, terrora qarşı qətiyyətli mübarizə aparmaq üçün hamını birləşməyə çağırırıq! Biz Türkiyədə, o cümlədən, bütün dünyada azğınlaşmış terrorizmin sərbəst yayılmasının qarşısını almalıyıq!

Çoxsaylı insan tələfatı ilə nəticələnən bu  terror faciəsinin  xəbəri  bizi son dərəcə kədərləndirdi. Biz İstanbulda baş vermiş dünənki terror aktı ilə bağlı türk xalqı ilə birlikdə kədərlənir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz sizin dərdinizə şərikik.

Beynəlxalq İctimai İttifaqlar Birliyi “Dünya Azərbaycanlıları İttifaqı”, Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” və şəxsən öz adımdan Türkiyə hökumətinə, qardaş türk xalqına və dünən axşam İstanbulda törədilən dəhşətli terror aktı zamanı həlak olanların ailələrinə dərin hüznlə və səmimi başsağlığı verirəm.

Allah rəhmət eləsin! Başın sağ olsun, qardaş Türkiyə!

Eyni zamanda, biz İstanbulda baş vermiş dünənki terror zamanı bütün yaralananlara tezliklə sağalmağı arzulayırıq.

Allah şəfa versin!

Bu gün bütün dünya Azərbaycanlıları Türkiyə və türk xalqı üçün dualar edirlər.

Allah səni qorusun, qardaş Türkiyə!

Hörmət və ehtiramla,
Füzuli Məmməd oğlu Məmmədov
Beynəlxalq İctimai İttifaqlar Birliyi “Dünya Azərbaycanlıları İttifaqı”, Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun sədri.