Bu günədək 800 min hektara yaxın ərazidə taxıl biçilib

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 2-nə olan operativ məlumata görə, ölkə ərazisində 796214,6 hektar ərazidə taxıl biçini aparılıb, 319897 hektar ərazidə arpa, 476317,5 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2557174,6 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab və Ucarda taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Neftçala, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağcabədi ərazisində arpa əkilmiş 6672 hektar sahənin 6666 hektarı artıq biçilib, buğda əkilmiş 22503 hektar sahənin 22218 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 32,7 s/ha, buğda üzrə məhsuldarlıq 35,6 s/ha təşkil edir. Oğuz rayonu ərazisində arpa əkilmiş 4118 hektar sahənin 4100 hektarı artıq biçilib, buğda əkilmiş 11969 hektar sahənin 10700 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,8 s/ha, buğda üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Neftçala, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:

Rayon Buğda Arpa
Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq
Abşeron 307 255 18,7 761 718 12,5
Ağdam 12228 12228 39,0 2215 2215 35,5
Ağdaş 4272,9 4262 24,9 11630 11630 24,1
Ağcabədi 22503 22218 35,6 6672 6666 32,7
Ağsu 20038,5 17230 32,5 16036 15740 31,0
Balakən 1215 937 28,0 457,7 457,7 28,7
Beyləqan 11148 10666 35,2 1765 1765 29,2
Bərdə 9041 9041 44,3 2601 2601 38,9
Biləsuvar 13713 13713 32,7 14900 14900 30,9
Cəbrayıl 2430 2395 35,0 550 550 30,5
Cəlilabad 54907,5 46222 37,2 4509,1 4460 35,2
Füzuli 28621 28459 31,6 8505 8505 29,0
Goranboy 8235 8205 31,0 13449 13339 29,0
Göyçay 8740 8688 31,0 6851 6847 30,5
Hacıqabul 25925 8789,7 23,8 11008 9967 30,0
İmişli 12715,5 12715,5 38,7 6322 6322 34,2
İsmayıllı 23200 10503 37,8 6173 6027 31,7
Kürdəmir 18120 18015 34,5 29926 29926 33,3
Qax 10934 9837 29,5 2881 2881 26,2
Qazax 8305 5917 36,6 4250 4197 24,7
Masallı 7496 7496 23,2 2786 2786 21,4
Neftçala 7982 7792,2 33,2 31404 31404 27,5
Oğuz 11969 10700 31,0 4118 4100 30,8
Saatlı 19044 19044 42,9 5822 5822 36,2
Sabirabad 15536 15536 41,1 9600 9600 37,7
Salyan 6817 6817 41,8 9917 9917 34,9
Samux 5941 5926 32,6 3681,5 3676 35,3
Siyəzən 3788 2233 33,3 2516 2494 27,5
Şəki 45961,8 30980 35,9 21626,3 21580 34,3
Tərtər 7087,9 6943 41,7 3815 3815 33,7
Ucar 7390 7390 29,6 7716 7716 26,7
Yevlax 6630,6 6630,6 34,6 5082,5 5082,5 28,5
Zərdab 12986 12986 34,3 5730 5730 30,6

Digər rayonlarda da arpa və buğda biçini qrafikə uyğun davam etdirilir.