Builki yarış “Formula 1 SOCAR Azərbaycan Qran-Prisi-2019” adı altında keçiriləcək

SOCAR 26-28 aprel 2019-cu il tarixlərində Bakıda növbəti dəfə keçiriləcək Formula 1 yarışlarının tərəfdaşıdır.

Trend-in məlumatına görə, SOCAR Formula 1 kimi dünya səviyyəli bir tədbirdə tərəfdaş kimi çıxış etməklə beynəlxalq səviyyədə milyonlarla avtoidman azarkeşinə öz brendini tanıdacaqdır.

Şirkətin adı yarışın adına əlavə olunacaq və yarışlar beynəlxalq avtoidman auditoriyasına canlı təqdim olunacaq.