UEFA Çempionlar Liqası matçlarının keçirilmə saatı 2018/2019-ci ili mövsümündən etibarən dəyişəcək.

Trend-in “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, oyunlar çərşənbə axşamı və çərşənbə günləri Bakı vaxtı ilə saat 21:00-da və 23:00-da keçiriləcək.

Qeyd edək ki, hazırda Çempionlar Liqasının oyunları çərşənbə axşamı və çərşənbə günləri Bakı vaxtı ilə saat 22:45-də keçirilir.