Çempionlar Liqası: “Olimpiakos”, “Dinamo Zaqreb” və “Srvena Zvezda” qrup mərhələsində

Bu gün UEFA Çempionlar Liqasının “pley-of” mərhələsi çərçivəsində cavab oyunlarını keçirilib.

Trend-in məlumatına görə, “Krasnodar” “Olimpiakos”u, “Rusenborq” “Dinamo Zaqrebi”, “Srvena Zvezda” isə “Yanq Boyz”u qəbul edib.

İlk cütlükdən qrup mərhələsinə Yunanıstanın “Olimpiakos” klubu, ikinci cütlükdən Xorvatiyanın “Dinamo Zaqreb” klubu, üçüncü cütlükdən isə Sebiyanın “Srvena Zvezda” klubu qrup mərhələsinə yüksəliblər.

Oyunlarda qeydə alınan nəticələr:

“Krasnodar” (Rusiya) – 1:2 – “Olimpiakos”, ilk oyun: 0:4

“Rusenborq” (Norveç) – 1:1 “Dinamo Zaqreb”, ilk oyun: 0:2

“Srvena Zvezda” – 1:1 – “Yanq Boyz” (İsveçrə), ilk oyun: 2:2