Çempionlar Liqası: “Qalatasaray” qələbəyə həsrət qalıb

“Mançester Siti” C qrupunda həm növbəti mərhələyə vəsiqə qazanıb, həm də 1-ci yeri təmin edib. İngiltərə təmsilçisi buna “Şaxtyor”la heç-heçə edərək nail olub. “Atalanta” isə Zaqreb “Dinamo”suna qalib gəlib.

Çempionlar Liqasında V turun ilk oyun günü başa çatıb.

A, B, C və D qruplarında tura yekun vurulub.

Daha tez baş tutan “Qalatasaray” – “Brügge” (1:1) və “Lokomotiv” – “Bayer” (0:2) matçlarının ardından turun daha 6 qarşılaşması keçirilib.

B qrupunun görüşləri daha məhsuldar alınıb. “Bavariya” Serbiyada “Srvena Zvezda”nı darmadağın edib. Robert Levandovski bu matçda poker müəllifi olub. Münhenlilər bununla da qrup 1-cisi adına yiyələnib. “Tottenhem” isə iki top geri düşdüyü görüşdə “Olimpiakos”a qalib gəlib. Joze Mourinyonun bu komanda ilə ilk avrokubok matçındakı qələbə London klubunu 2-ci yerlə 1/8 finala daşıyıb.

“Mançester Siti” C qrupunda həm növbəti mərhələyə vəsiqə qazanıb, həm də 1-ci yeri təmin edib. İngiltərə təmsilçisi buna “Şaxtyor”la heç-heçə edərək nail olub. “Atalanta” isə Zaqreb “Dinamo”suna qalib gəlib.

Növbəti mərhələyə vəsiqəni təmin edən PSJ və “Real” A qrupunda üz-üzə gəlib. Səfərdə məhsuldar heç-heçə edən fransalılar 1-ci yeri tutublar.

D qrupunun liderləri Turində görüşüb. “Yuventus” “Atletiko” üzərində qələbə ilə 1-ci yeri təmin edib.

Qeyd edək ki, V tura noyabrın 27-də yekun vurulacaq.

Çempionlar Liqası

V tur

 

A qrupu

“Qalatasaray” (Türkiyə) – “Brügge” (Belçika) – 1:1

“Real Madrid” (İspaniya) – PSJ (Fransa) – 2:2

Xal durumu: PSJ – 13, “Real Madrid” – 8, “Brügge” – 3, “Qalatasaray” – 2.

 

B qrupu

“Srvena Zvezda” (Serbiya) – “Bavariya” (Almaniya) – 0:5

“Tottenhem” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) – 4:2

Xal durumu: “Bavariya” – 15, “Tottenhem” – 10, “Srvena Zvezda” – 3, “Olimpiakos” – 1.

 

C qrupu

“Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:1

“Atalanta” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:0

Xal durumu: “Mançester Siti” – 11, “Şaxtyor” – 6, “Dinamo” – 5, “Atalanta” – 4.

 

D qrupu

“Lokomotiv” (Moskva, Rusiya) – “Bayer” (Leverkuzen, Almaniya) – 0:2

“Yuventus” (İtaliya) – “Atletiko” (Madrid, İspaniya) – 1:0

Xal durumu: “Yuventus” – 13, “Atletiko” – 7, “Bayer” – 6, “Lokomotiv” – 3.

https://sputnik.az/sport/20191127/422440776/cempionlar-liqasi-qalatasaray-qelebe-cala-bilmedi.html