Daha bir azərbaycanlı Ukraynada musiqi yarışmasında uğurla çıxış edir

Məşhur “Qolos” vokal şousunun Ukrayna versiyasında Ukrayna Azərbaycan Gənclər İttifaqının İdarə heyətinin üzvü və fəalı Emin Səmədli iştirak edir.

Trend-in məlumatına görə, o, seçim turunda “Okena Elza” qrupunun “Obnimi” mahnısını gitarada müşayiət edərək ifa edib. Məşqçilər heyətinin dörd üzvündən üçü bu istedadı komandasında görmək üçün kürsülərini çeviriblər.

E.Səmədli musiqi məşqçisi qismində Svyatoslav Vakarçuku seçib və şouda iştirakını davam etdirir.