Dövlət Xidmətinin iki əməkdaşına general-mayor rütbəsi verilib

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

Azunion.org-un  xəbərinə görə, sərəncamla Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Şahvələd İsmayıl oğlu Əliyev

polkovnik Yusif Həsən oğlu Mirzəyev.