Dubay və Londonda keçirilən “Kids Fashion Show” Bakıda da baş tutdu

Dubay və Londonda keçirilən “Kids Fashion Show” Bakıda da baş tutub.

Trend-in məlumatına görə, beynəlxalq turizm şirkətlərinin dəstək verdiyi dəb müsabiqəsi 16 yaşa kimi uşaq və yeniyetmələr arasında keçirilib. Özünü podiumda sınamaq istəyən 60 uşaq müsabiqəyə qatılıb.

Münsiflər heyətində azərbaycanlı modelyer Səma Həsənova, model Dilarə Dadaşova və xarici modelyer Asif Saleem yer alıblar.

Müsabiqədə iştirak edən hər bir uşağa sertifikat təqdim olunub.

İlk üçlüyə isə 2 oğlan və 1 qız çıxıb. Müsabiqənin qalibi 4-cü sinif şagirdi, 9 yaşlı Gülay Çingizzadə olub. O, həm paltar seçimi, həm də ən yaxşı yürüşə görə birinci yerə layiq görülüb.

Müsabiqənin qalibi keçiriləcək beynəlxalq “Kids Fashion Show”da Azərbaycanı təmsil etmək şansı əldə edib. Belə ki, bundan sonra da bir neçə dəb müsabiqəsi keçiriləcək və ondan sonra beynəlxalq müsabiqədə iştirak edəcək uşaq müəyyənləşdiriləcək.