«Dünya Azərbaycanlıları İttifaqı» Azərbaycan diasporunun rəhbəri Fizuli Məmmədovu doğum günü münasibətilə təbrik edir!

«Dünya Azərbaycanlıları İttifaqı» Azərbaycan diasporunun rəhbəri Fizuli Məmmədovu doğum günü münasibətilə təbrik edir!

Çox hörmətli, Fizuli müəllim!

Siz artıq öz adınızı Azərbaycan diasporunun tarixinə qızıl hərflərlə yazmısınız. Bizim həmvətənlərimiz Sizi əsl Azərbaycan vətənpərvəri və diasporumuzun başçısı kimi çox yüksək qiymətləndirirlər. Sizin bu gün 56 yaşınız tamam olur. Bunun 30 ildən çoxunu diasporumuzun təşkilati strukturunun yaradılmasına və möhkəmləndirilməsinə həsr etmiş, bu məqsədlərlə xeyli gücünüzü, maliyyə resurslarınızı və dəyərli vaxtınızı sərf etmisiniz. Biz o faktı unutmamışıq ki, Siz Rusiya, MDB ölkələri və Avropada həmvətənlərimizin ilk ictimai təşkilatlarının yaradılmasının təməlində dayanmısınız.

Məhz Sizin tərəfinizdən Rusiyada yaradılan ‘’Azərbaycan Birliyi’’ ictimai təşkilatı bu ölkədə diasporumuzun formalaşmasının təməlini qoydu. Bugün Rusiyadakı azərbaycanlıların sayı 2,5 milyon nəfəri ötür ki, bu dünyada ən böyük azərbaycan diasporudur. Sizin səyləriniz və təcrübəniz, maliyyə və təşkilati dəstəyiniz sayəsində son 2 onillikdə Avropa və MDB ölkələrində azərbaycanlıların onlarla ictimai təşkilatları yaranıb. Buna görə də biz – çoxmilyonluq azərbaycan diasporu üçün Sizin 9 fevral tarixli doğum gününüz xüsusi sevincli hadisədir.

Baxmayaraq ki, bu gün artıq əksər Avropa ölkələrində azərbaycan diasporunun çoxsaylı ictimai təşkilatları fəaliyyət göstərir, Siz əvvəlki kimi bizim diasporumuzun önəmli rəhbəri olaraq qalırsınız. Siz hər zaman xalqımıza və doğma Azərbaycanımıza sədaqətlə xidmət edirsiniz. Siz azərbaycan diasporunun ən parlaq banisi, ictimai – siyasi xadim, xeyriyyəçi, ‘’Dünya Azərbaycanlıları İttifaqı’’ nın, ’’Ümumdünya Azərbaycan Mədəniyyət Fondu’’ nun,  ‘’İnter-Sever’’ şirkətlər qrupunun Prezidenti kimi xalqımız və Azərbaycan üçün çox şey etmisiniz.

‘’Dünya Azərbaycanlıları İttifaqı’’nın bütün üzvləri Sizi səmimi qəlbdən doğum gününüz münasibətilə təbrik edir! Ən səmimi və xoş arzularımızı ünvanınınıza göndəririk. Sizə möhkəm can sağlığı, uzun illər boyunca xoşbəxt həyat, ailə səadəti, xoşbəxtlik, xeyirxahlıq və sevgi dolu günlər, yeni yaradıcılıq ilhamı və bütün xeyirxah işlərinizdə və addımlarınızda parlaq uğurlar arzu edirik!

Qoy sizin xeyirxah qəlbiniz uzun illər doğma Azərbaycan və azərbaycan xalqı naminə döyünsün!

Azərbaycan xalqı qarşısında Sizin xidmətləriniz çox böyükdür, dəyərlidir və tarixidir. Siz yalnızca azərbaycan diasporunun təşkilati strukturlarına dəstək göstərmirsiniz, həm də çox fəal şəkildə şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına kömək edirsiniz. Siz yalnız xeyir əməllər təcəssüm etdirən əsl xeyirxah insansınız.

Azərbaycan diasporunun öndə gələn və parlaq rəhbəri kimi ictimai-siyasi fəaliyyətinizdə yeni parlaq müvəffəqiyyətlər arzu edirik!

Arzu edirik ki, həmişə şöhrətin və biznesin zirvəsində qalasınız, ‘’İNTER-SEVER’’ Şirkətlər Qrupunuza daha da çiçəklənməsini və uğurlar qazanmasını arzu edirik! Qoy ‘’İNTER-SEVER’’ adlı gəmi dünya biznes okeanında uzun müddət uğurla üzsün!

Qoy Sizin bundan sonrakı həyatınız Sizə, doğmalarınıza və yaxınlarınıza sevinc, xoşbəxtlik, firavanlıq, parlaq uğurlar, həmçinin hər addımınızda şans və müvəffəqiyyət gətirsin! Xoşbəxtliklə 100 yaşdan artıq yaşayın.

Dərin hörmətlə,

‘’Dünya Azərbaycanlıları İttifaqı’’nın Baş Şurası