head_az
flag

“Dünya Azərbaycanlıları İttifaqı” nın Gənclər Təşkilatı

1.”Dünya Azərbaycanlıları İttifaqı” nın Gənclər Təşkilatı, (bundan sonra DAİ GT) İttifaqın struktur bölməsi olmaqla onun qarşısında qoyulmuş lokal vəzifələri yerinə yetirir.

2. DAİ GT öz fəaliyyətində mövcud qanunvericiliyi, DAİ nın nizamnaməsini, öz əsasnaməsini və İttifaq rəhbərliyinin göstərişlərini əsas tutur. 

3. 16 yaşı tamam olmuş, DAİ nın nizamnaməsinin tələblərini və Gənclər Təşkilatının əsasnaməsini yerinə yetirən istənilən Rusiya, MDB və yaxın xarici vətəndaşlar DAİ GT nin üzvü ola bilərlər.

4. DAİ GT nin rəhbəri DAİ nin Sədrinin yazılı sərəncamı ilə vəzifəyə təyin və vəzifədən azad edilir, öz əməli fəaliyyətində isə İttifaqın administrasiyasına tabe olur. 

5. DAİ GT nın maddi və maliyyə təminatı DAİ nin rəhbərliyi tərəfindən əvvəlcədən verilmiş ərizələr əsasında (ən az ayda 1 dəfə) və ya təsdiq edilmiş uzunmüddətli proqramlara əsasən təmin edilir. Ərizələr DAİ GT nin rəhbəri tərəfindən verilir, uzunmüddətli məqsədli proqramlar müzakirə edilir və gənclərin nümayəndələrinin ümumi yığıncağında təsdiq edilir.