“Dünya Azərbaycanlıları İttifaqı” və digər diaspora təşkilatları bütövlükdə Türkiyənin qanuni hakimiyyətini və şəxsən ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tam dəstəkləyir

Bizim üçün qardaş ölkə olan Türkiyənin hazırkı böhran vəziyyətinin səbəbi dövlət çevrilişi törətməyə  cəhd göstərən qiyamçıların günahı ucbatından baş vermişdir. Onlar dinc insanlara atəş açaraq, ölkənin dövlət müəssisələrini bombalamış, küçələrə tanklar yeritmiş, ölkənin bir sıra mühüm obyeklərini ələ keçirərək, onların  fəaliyyət imkanlarını iflic vəziyyətinə salmışlar.

Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı” (BİBİ “DAİ”), Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” (BİF “ÜAMF”), Almaniyanın Köln şəhərində yerləşən “Dünya Azərbaycanlıları Assambleyası” (onun təsisçiləri: BİBİ “DAİ”, BİF “ÜAMF”), həmçinin Azərbaycan diasporası ilə bağlı digər çoxsaylı ictimai təşkilatlar, Türkiyənin qanuni hakimiyyətini müdafiə edir, ilk növbədə, Türkiyə Respublikasının qanunu seçilmiş Prezidentini – Rəcəb Tayyib Ərdoğanı tam dəstəklədiyimizi bildiririk.

Biz hesab edirik ki, Türkiyədə fövqəladə vəziyyətin tətbiqi, orduda, kəşfiyyat xidmətlərində, mülki dövlət strukturlarında aparılan kadr “təmizləmə” işləri ölkədə vəziyyətin sabitləşdirilməsinə yönəldilmiş tədbirlərdir. Bir tərəfdən, Türkiyənin dövlətçiliyinə -Türkiyə parlamenti və hökumətinə, digər tərəfdən, Türk xalqına, onun iradəsi və seçiminə qarşı yonəldilmiş dövlət çevrilişi cəhdi, qanuni hakimiyyəti və Prezidenti devirmək məqsədilə  törədilən dəhşətli cinayətin təşkilatçıları və yaxından iştirakçıları, bir sözlə, sui-qəsddə əli olan hər bir şəxs Türkiyədə belə fövqəladə tədbirlərin tətbiq edilməsində günahkardır.

Türkiyənin qonşuluğunda yerləşən Suriyada çox ağır vətəndaş müharibəsinin alovlanması və bunun nəticəsində silahlı ekstremistlərin, radikalların islam adı və islam şüarları altında fəallaşmasından yaranan mürəkkəb bir şəraitdə dövlət çevrilişinə cəhd etmək, Vətənə qarşı törədilən dəhşətli cinayət və əsl xəyanətdən başqa bir şey deyil. Məhz qiyamçıların günahı, xəyanəti ucbatından Türkiyənin dinc şəhərlərinə tanklar və zirehli texnikanın yeridilməsi baş tuta bildi. Prezident Sarayını ələ keçirmək, ölkə parlamentini bombalamaq məqsədi ilə, ölkənin paytaxtı Ankaraya qiyam vaxtı zəbt olunmuş hərbi döyüş təyyarələri və vertolyotların göndərilməsi nəticəsində Türkiyə hərbi-siyasi böhran vəziyyətinə düşdü ki, bu da Türkiyəni gələcəkdə çox dərin iqtisadi böhrana sala biləcək vəziyyətə gətirib çıxartdı. 200 nəfərin ölümü, təxminən 1500 nəfərin müxtəlif dərəcəli xəsarət alması ilə nəticələnən hərbi çevriliş cəhdindən sonra, bir çox investorlar ölkəni tərk etməyə başladı,  milli valyuta olan türk lirəsinin kursu isə kəskin şəkildə aşağıya doğru yuvarlandı.

Bununla əlaqədar, biz hesab edirik ki, Türkiyənin qanuni hakimiyyəti tərəfindən qiyamçılara və onların tərəfdarlarına qarşı həyata keçirilən təcili, ekstremal və qəti tədbirlər planı tamamilə əsaslandırılmış və düzgün atılan addımdır. Çünki, heç kimin ixtiyarı yoxdur ki, silah gücünə iqtisadi cəhətdən inkişaf etmiş bir ölkəni barbar üsulu ilə hərbi-siyasi və iqtisadi xaosa çevirsin.

Biz, Azərbaycan diasporası olaraq, açıq, ədalətli və demokratik seçkilərin keçirilməsi nəticəsində, Türk xalqının öz iradəsini sərbəst ifadə etməsi yolu seçilmiş Prezidenti və qanunu Türkiyə hökumətini dəstəkləyir, onların həyata keçirdiyi fövqəladə tədbirlər planını tam şəkildə müdafiə edir və onlarla həmrəy olduğumuzu bildiririk. Heç bir kəsdə şübhə olmamalıdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, hakim Ədalət və İnkişaf Partiyasının Sədri və ölkənin Baş naziri Binəli Yıldırım ölkə əhalisinin mütləq əksəriyyətinin tam dəstəyini qazanaraq, xalqın mandatını almışdılar.

Qiyamçıların ələ keçirdikləri  hərbi təyyarələr vasitəsi ilə Türkiyə Böyük Millət Məclisinin binasının havadan atəşə tutulması və dəhşətli şəkildə bombalanması bizi son dərəcə qəzəbləndirdi. Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”, Beynəlxalq İctimai Fond “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” və “Dünya Azərbaycanlıları Assambleyası” bəyan edir ki, biz, lazım gələrsə,  qardaş Türkiyə xalqına həmişə hərtərəfli mənəvi və informasiya dəstəyi göstərməyə hazırıq.

Biz Türkiyənin bu çətin vaxtında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyənin Baş Naziri Binəli Yıldırıma və Türkiyə Böyük Millət Məclisinin deputatlarına arzu edirik ki, onlar qısa müddət ərzində ölkədə yaranmış çətinlikləri uğurla dəf edib, Türkiyəni əvvəlki normal vəziyyətinə qaytarsınlar. Unutmayaq ki, məhz Türkiyənin indiki hakim Ədalət və İnkişaf Partiyasının səyi və bu partiyanın  nümayəndələri olan ölkənin indiki Prezidenti və Baş Nazirinin əməyi sayəsində, bu gün Türkiyə dünyanın 20 ən sürətlə inkişaf etmiş ölkələri sırasına daxildir. 2002-ci ildən başlayaraq, hakimiyyətdə gələn Ədalət və İnkişaf Partiyasının apardığı islahatlar, Türkiyəni uğurlu və sürətli inkişafına gətirib çıxardı və ölkə iqtisadiyyatı son illər ərzində yüksək, yaddaqalan və önəmli nəticələr göstərdi.

Biz əminik ki, Türkiyə hökuməti yaranmış problemlərin öhdəsindən tezliklə gələ biləcək və ölkə öz əvvəlki sürətli inkişaf yoluna qayıdacaq. Biz Türkiyənin xoşbəxt gələcəyinə və çiçəklənən tərəqqisinə inanırıq.

Hörmətlə, Füzuli Məmməd oğlu Məmmədov

Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”nın prezidenti, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri